Daha bir aktyor koronavirusdan öldü 

14:53 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daha bir aktyor koronavirusun qurbanı olub. Milli.Az bildirir ki, bu barədə Britaniyanın "Mirror" nəşri məlumat yayıb.

"Alien" filmində Russ Jordan obrazını canlandıran amerikalı aktyor Jay Benedict 68 yaşında koronavirusdan ölüb. Onun ölümü barədə məlumat aktyorun rəsmi veb-səhifəsində yerləşdirilib. Aktyorun 3 övladı var. O, 2 dəfə ailə qurub.